Gənc bəstəkarların əsərləri səslənəcək

 

   Fevralın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə birgə layihə əsasında gənc bəstəkarların əsərlərindən ibarət konsert keçiriləcək. Konsertdə Elvin Quliyev, Tamilla Əhədova, Nigar Əliyeva, Toğrul Salmanov və Səid Qəninin əsərləri təqdim olunacaq. Gənclərin simfonik orkestr üçün yazdığı əsərləri Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.2.