“Ekspo
2025” sərgisinə ev sahibliyi üçün ideal məkan
İtaliya portalında Bakı haqqında məqalə dərc olunub
İtaliyanın “Notizie Geopolitiche”
analitik portalında “Azərbaycan. Bakının “Ekspo 2025” sərgisi üçün namizədliyi”
adlı məqalə dərc olunub.
Tədqiqatçı
Corciya Piların müəllifi olduğu məqalədə “Ekspo
2025” Dünya Sərgisinə
Bakının namizədliyi
ilə bağlı ötən ilin noyabrında Parisdə və bu ilin
yanvarında Davosda keçirilmiş təqdimat
mərasimlərindən bəhs
olunur. Dünya sərgilərinin 160 ildən
artıq müddətdə
ölkələrin mədəniyyətini
və sənaye inkişafını qeyd etmək üçün təşkil olunduğunu bildirən müəllif Bakının “Ekspo 2025”ə
ev sahibliyi
üçün namizədliyini
irəli sürməkdə
məqsədlərinin daha
geniş olduğunu vurğulayır. Qeyd edir ki, “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” şüarı Azərbaycan
hökuməti tərəfindən
insan kapitalının
inkişafına yardım
göstərmək və
onun qorunmasını təmin etmək üçün Azərbaycanın
dövlət qurumlarının
səylər göstərdiyini
sübut edən ismarışdır.
Yazıda Avropa və
Asiya qitələrinin
kəsişməsində yerləşən
Azərbaycanın həm
beynəlxalq iqtisadi, həm də mədəni münasibətlərdə
strateji rol oynadığı, Bakı
şəhərinin zəngin
tarixi irsi, möhtəşəm memarlıq
üslubuna görə
dünyanın ən gözəl şəhərlərindən
biri kimi şöhrət qazandığı
qeyd olunur.
Müəllif
Azərbaycanın təbii gözəlliyə, qonaqpərvərliyə,
multikultural və tolerant
dəyərlərə malik olan, həmçinin beynəlxalq tədbirlər
üçün daha çox seçilən ölkə olduğuna görə “Ekspo
2025” sərgisinə ev sahibliyi
üçün ideal
məkan olduğunu vurğulayır.
Mədəniyyət.- 2018.- 9
fevral.- S.3.