“Bu, caz
deyil, əsl sevgi musiqisidir”
Martın 8-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində
İsrailin tanınmış
saksofon ifaçısı
Jey Sevenin konserti keçiriləcək.
Romantik saksofon musiqiləri
və dünya musiqi incilərindən ibarət “Bu, caz deyil, əsl sevgi musiqisidir” adlı proqram 8 mart - Beynəlxalq qadınlar günü münasibətilə
xanımlara əsl bayram töhfəsi olacaq. Dünyaca məşhur olan
virtuoz ifaçının
konsertləri bir çox ölkələrdə
səbirsizliklə gözlənilir.
Musiqiçi təkcə saksofon
alətində deyil, ispan gitarası, fleyta, zərb alətlərində də
ifaları ilə dinləyiciləri heyran edir.
Bakıda təqdim ediləcək proqramda dünya estrada ulduzlarının
repertuarı və klassik əsərlərdən
parçalar səsləndiriləcək.
Konsertə təşrif buyuranlar
S.Vonder, F.Papetti, J.Dassen, E.Morrikone və Rəşid Behbudovun repertuarından sevilən mahnıların
instrumental versiyalarını da dinləyə biləcəklər.
Lalə
Mədəniyyət.- 2018.- 9
fevral.- S.3.