"Leyli və Məcnun"
Gəncə Dövlət Filarmoniyasında nümayiş
olunacaq
Fevralın 11-də Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası keçiriləcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından verilən məlumata görə, tamaşa operanın 110 illik yubileyi çərçivəsində nümayiş olunacaq.
Tamaşada Xalq
artisti Mənsum İbrahimov
(Məcnun), gənc muğam
ifaçısı Arzu Əliyeva (Leyli), əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar
Bayramov (İbn Salam), Xalq artisti
Sabir Əliyev (Şeyx),
solistlər Afaq Ağayeva,
Elnur Zeynalov, Aytən
Məhərrəmova, Taleh Yəhyayev, Nəzər
Bəylərov, teatrın xor kollektivi və simfonik orkestri çıxış edəcək.
Tamaşanın dirijoru Əməkdar incəsənət
xadimi Sevil
Hacıyevadır.
Mədəniyyət.- 2018.- 9
fevral.- S.3.