“Ana” yubilyar
aktrisanın benefis-tamaşası
olacaq
Dövlət Gənc Tamaşaçılar
Teatrında 2018-ci il üçün daha bir yeni
tamaşanın məşqləri
başlanıb. Bu dəfə yaradıcı
heyət böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında eyniadlı tamaşa hazırlayır.
“Cavid
dramaturgiyası, onun qəhrəmanları, fəlsəfi
baxışları insanı
daima düşündürür,
onu sanki saflaşdırır. Ümid edirəm
ki, “Ana” tamaşası
da teatrımızın
repertuarında özünə
möhkəm yer tutacaq, tamaşaçılar
tərəfindən sevgi
ilə baxılacaq.
Bu tamaşa həm
də istedadlı aktrisamız Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar benefis-tamaşası
olacaq”, - deyə teatrın direktoru, Əməkdar artist Mübariz
Həmidov bildirib.
Yeni səhnə əsərinə Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verir. Quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Obrazları Əməkdar artist Nübar Novruzova, aktyorlar Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Aydın Dəmirov canlandıracaqlar.
Tamaşanın premyerası aprel ayına nəzərdə tutulur.
Mədəniyyət.- 2018.- 9
fevral.- S.4.