Respublika Gənclər Kitabxanasında dəyirmi masa
Cəfər Cabbarlı adına
Respublika Gənclər
Kitabxanasında “Azərbaycan
gəncliyi - şərəfli
adımız” mövzusunda
dəyirmi masa keçirilib. Tədbirdə kitabxananın elmi
işlər üzrə
direktor müavini Xalidə Musayeva 1997-ci ildən qeyd olunan Gənclər gününün tarixindən
söz açıb, ölkəmizdə həyata
keçirilən gənclər
siyasətindən bəhs
edib. Kitabxananın əməkdaşları Sona Yaqubova və
Şəlalə Cəfərli
çıxış edərək
Azərbaycanda gənclərə
dövlət qayğısı,
yaradıcı gənclərə
dəstək, gənclərin
dövlət idarəetməsində
aktiv rolu barədə danışıblar.
Tədbirin sonunda
“Vətənə qürur verən gənclər”
adlı kitab sərgisinə baxış keçirilib.
Mədəniyyət.- 2018.- 9
fevral.- S.5.