Gəncliyin səsifestivalına yekun vurulub

 

   Festivalın son günündə gənclərin təqdimatındaBankir adaxlıtamaşası göstərilib

  

   Xəbər verdiyimiz kimi, fevralın 2-dən 6-dək Mədəniyyət Turizm Nazirliyi Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) əməkdaşlığı ilə növbətiGəncliyin səsifestivalı keçirilib.

   Festivalın proqramına paytaxt Bakı ilə yanaşı, Sumqayıt Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba Masallı rayonlarında müxtəlif tədbirlər, o cümlədən konsertlər, gənclərin rəsm foto sərgiləri, gənc rejissorların filmlərinin nümayişi (Quba “ASAN Həyatkompleksi), “ASAN könüllüləri”nin təqdimatındaKölgətamaşasının premyerası (Mingəçevir Dram Teatrı) daxil idi.

   Fevralın 6-da Azərbaycan Dövlət Musiqili TeatrındaGəncliyin səsi - 2018” festivalının bağlanış mərasimi keçirilib.

   Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Turizm Menecment Universiteti tələbələrinin, universitetin nəzdindəki Bakı Turizm Peşə Məktəbi şagirdlərinin “ASAN könüllüləriMədəniyyət mərkəzinin üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.

   Sonra 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin könüllülərinin təqdimatında E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası nümayiş olunub. Məişət mövzusuna toxunulan, müasir cəmiyyətdə öz aktuallığını daim qoruyub saxlayan və hər birimizin həyatımızda sıx rastlaşdığımız problemləri əks etdirən ikihissəli tamaşa “ASAN könüllüləri”nin ifasında maraq doğurub.

   Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyan “Gəncliyin səsi” festivalının sonunda bir qrup istedadlı gənc mükafatlandırılıb.

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.8.