“Səyyah
Sindibad” rok-operası təqdim olunacaq
2018-ci ilin may ayında Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq. Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə ərsəyə gələn əsərin müəllifi bəstəkar
və müğənni,
klassik vokal məktəbinin nümayəndəsi
Rizvan Sədirxanovdur.
Opera “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan
“Dəniz səyyahı
Sindibadın nağılı”nın
motivləri əsasında
yazılıb.
Multikultural layihə olan
rok-operada dünya klassiklərinin şeirlərindən
nümunələr, Azərbaycan,
rus, ingilis, italyan, çex dilində mətnlər, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeirləri
yer alıb. Rok-operada Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova
(Zöhrə), Emil Minyaşev
(Qoruyucu mələk),
Rizvan Sədirxanov (Bosman) çıxış
edirlər. Həmçinin
tanınmış musiqiçilər
Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət
Şükürov və
digərləri layihədə
yer alıb. Musiqi prodüseri Emil Minyaşev,
rəssamı Marina Kuznetsovadır.
Ariyaların mətnləri
Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov,
Alessandro Milani, İosef
Sladek, Şəmsi Qacar, Nikolay Qumilyov və başqalarına məxsusdur.
Musiqinin bir çox janrlarının yer aldığı bir saat 40 dəqiqəlik əsər musiqisevərlər
tərəfindən böyük
maraqla qarşılanacaq.
Azərbaycan musiqisində yenilik
olan əsərin müəllifi Rizvan Sədirxanov ölkəmizdən
kənarda musiqi sənətimizin layiqli nümayəndəsi
kimi tanınır. Dəfələrlə nüfuzlu vokal
müsabiqələrinin qalibi, dramatik tenor Rizvan Sədirxanov
İtaliyada vokal təhsili alıb. Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə dünya klassik musiqisinin
inciləri, Azərbaycan və xarici ölkə şairlərinin
sözlərinə bəstələnmiş müxtəlif
dillərdə mahnıların toplandığı “Səmimi
qəlbdən” və “Şairin ürəyi” adlı iki musiqi
albomu işıq üzü görüb. İtaliya, Rusiya,
Türkiyə və İsraildə konsertləri, müxtəlif
musiqi tədbirlərində çıxışları, ustad
dərsləri olub. Tələbələri
dünyanın musiqi akademiyalarında təhsil
alır və opera səhnələrində
çıxış edirlər.
Mədəniyyət.- 2018.- 9
fevral.- S.16.