22 yaşında ölməzliyə qovuşmuş Qəhrəman
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988-2010) doğum günü idi. Yaşasaydı, 30 yaşını qeyd edəcəkdi.
Bu münasibətlə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyində “Unutmayaq ki, unudulmayaq” mövzusunda dəyirmi masa və şair Almaz Alıqızının Milli Qəhrəmanın xatirəsinə həsr etdiyi “Əsgər andı” kitabının təqdimatı keçirilib. Tədbirdə Mübariz İbrahimovun qısa, lakin şərəfli həyat yolundan söhbət açılıb, onun ölməzliyə qovuşduqdan sonra bədii əsərlərin, filmlərin qəhrəmanına çevrildiyi vurğulanıb.
* * *
Milli Qəhrəmanın doğum günü ilə əlaqədar Zərdab rayon Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Müqəddəs zirvə” adlı tədbir keçirilib.
Tədbirdə Mübariz İbrahimov haqqında videoçarx nümayiş olunub. Uşaq şöbəsinin müdiri İlahə Teymurzadə, kitabxananın əməkdaşı Samirə Yəhyayeva və başqaları şəhidin döyüş yolu, göstərdiyi qəhrəmanlıq barədə danışıblar. Məktəblilər Mübariz İbrahimova həsr edilmiş şeirlər söyləyiblər.
* * *
Milli
Qəhrəman Mübariz İbrahimovun
ad günü
münasibətilə daha bir
tədbir Şirvan şəhər Heydər
Əliyev Mərkəzində təşkil edilib.
Mərkəzin əməkdaşları Bibixanım Şükürlü, Səkinə
Qayıbova, MKS-nin əməkdaşı
İlhamə İmanova şəhidin ömür yolundan bəhs
ediblər. Şirvan şəhər Uşaq musiqi məktəbinin
şagirdləri hərbi-vətənpərvərlik
mahnılarını ifa ediblər.
Mədəniyyət.- 2018.- 9
fevral.- S.15.