“Mədəniyyət və Turizm
Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilib
Prezident İlham Əliyev fevralın 13-də Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, “Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.19-8-ci bənd əlavə edilib:
“mühafizə
olunan mədəni sərvətlərin
siyahısını öz rəsmi internet saytında yerləşdirərək, onun mütəmadi yenilənməsini və rəsmi
nəşrlərdə dərc olunmasını təmin etmək”.
Mədəniyyət.- 2018.- 14
fevral.- S.2.