“Hərəyə bir kitab

 

 

   14 fevral dünyada “Beynəlxalq kitab bağışlanma günükimi qeyd edilir. Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi birgə “Hərəyə bir kitab” adlı tədbir keçirəcək. Tədbir paytaxtdakı 35 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

   Kitabxanadan bildirilib ki, layihənin əsas məqsədi gənc nəslə mədəni xidmət göstərmək və kiçikyaşlı oxuculara kitab bağışlamaqla onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmaqdır.

   Tədbirdə həmçinin Respublika Uşaq Kitabxanası tərəfindən məktəbin müəllim kollektivinə və valideynlərə kitablar hədiyyə ediləcək. Tədbir zamanı uşaqların uşaq yazarları ilə görüşüimza saatının keçirilməsi də nəzərdə tutulub.

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.3.