Kamil Səfərəli oğlu Vəzirov
Azərbaycanın musiqi mədəniyyətinə itki üz vermişdir. Bənzərsiz qarmon ifaçısı, Xalq artisti Kamil Səfərəli oğlu Vəzirov 2018-ci il fevralın 13-də vəfat etmişdir.
Kamil Vəzirov 1949-cu
il sentyabrın
2-də Bakıda anadan
olmuşdur. 1964-1968-ci illərdə
Asəf Zeynallı adına Musiqi
Məktəbinin İnstrumental
ifaçılıq şöbəsində,
1972-1977-ci illərdə M.Əliyev
adına İncəsənət
İnstitutunun Mədəni-maarif
fakültəsində təhsil
almışdır.
Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid
Behbudovun dəvəti
ilə Kamil Vəzirov 1974-cü ildə
Azərbaycan Dövlət
Mahnı Teatrına solist kimi qəbul
olunmuş və
2014-cü ilədək burada
fəaliyyət göstərmişdir.
O, kollektivlə birgə
bir çox ölkələrdə - Böyük
Britaniya, Fransa, Rusiya, Almaniya, Avstriya, İsveç, Çin, Meksika, Nepal,
Pakistan, Hindistan, İsveçrə,
Danimarka, Ukrayna, Türkiyə, İran və Gürcüstanda Azərbaycan incəsənətini
layiqincə təbliğ
etmişdir. Gözəl ifaçı bir
çox xarici dövlətlərdə təşkil
olunan Azərbaycan mədəniyyəti günlərində,
beynəlxalq miqyaslı
tədbirlərdə çıxış
etmişdir. Sənətkar respublikamızda keçirilən
bir çox dövlət səviyyəli
tədbirlərin, yubiley
gecələrinin iştirakçısı
olmuşdur.
2000-ci ildə milli musiqi mədəniyyəti sahəsində xidmətlərinə görə respublikanın Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Kamil Vəzirov vətəninə, elinə-obasına bağlı bir insan idi. O, musiqi ilə nəfəs alırdı.
Ustad sənətkar, səmimi və təvazökar insan Kamil Səfərəli oğlu Vəzirovun əziz xatirəsi xalqımızın qəlbində, ifaçılıq məharəti Azərbaycan musiqi sənətində daima yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyət.- 2018.- 14
fevral.- S.4.