Rumıniyada Azərbaycan Mədəniyyət
Mərkəzi açılır
Rumıniyanın Kluj şəhərindəki Babeş-Bolyai Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərəcək.
Bu barədə Rumıniyanın Azərbaycandakı keçmiş səfiri, Türkologiya İnstitutunun direktoru, professor Tahsin Cəmil məlumat verib. O bildirib ki, Rumıniyanın Babeş-Bolyai Universitetinin Senatı Azərbaycan Dillər Universiteti ilə saziş layihəsini təsdiq edib və bunun nəticəsi olaraq universitetin nəzdində fəaliyyət göstərən Türkologiya İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq.
T.Cəmil iclasda mərkəzə Azərbaycanın Xalq şairi Bəxtiyar
Vahabzadənin adının verilməsini təklif edib.
Mədəniyyət.- 2018.- 14
fevral.- S.5.