“Norma” operası ilə ilk görüş

 

   Xəbər verdiyimiz kimi, fevralın 8-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Şövkət Məmmədova adına Opera studiyasında italyan bəstəkarı Vincenzo Bellininin “Norma” operasının premyerası olub. Məşhur opera Azərbaycanda ilk dəfə səhnəyə qoyulub. Layihənin rəhbəri BMA-nın rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, təşkilatçısı BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu dirijor xormeyster - xalq artistləri Fəxrəddin Kərimov Gülbacı İmanova, konsertmeyster Yuliya Kərimovadır.

   Tamaşanı izləyənlər arasında mədəniyyət turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət xadimləri olub.

   Səhnə əsəri barədə BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirovanın yazısını təqdim edirik.

   * * *

   Dünya opera sənətinin parlaq ifaçılıq baxımından çətin əsəri olan Norma”nın səhnələşdirilməsi böyük zəhmət tələb edən məsuliyyətli bir işdir. Bu layihəyə cəlb olunan hər bir iştirakçı var gücü ilə çalışmış musiqisevərlər üçün əsl bayram yaşatmışlar. Tamaşanın əsas özəlliyi isə odur ki, solistlər - əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Anton Ferştandt, studiyanın solisti Adil Axundov, Bakı Musiqi Akademiyasının tələbələri İslamə Abdullayeva Hidayət Əliyevlə səhnəni birgə bölüşdülər. Orkestrin xorun tərkibi professor, müəllim, tələbə heyətindən, həm Mədəniyyət İncəsənət Universitetinin tələbələrindən ibarət idi.

   Opera studiyasında indiyədək bir sıra maraqlı layihələr həyata keçirilib bununla bağlı Solo oxuma kafedrasını onun müdiri, Xalq artisti, professor Xuraman Qasımovanın rolunu xüsusi qeyd etmək lazımdır. Müxtəlif vaxtlarda burada Ü.HacıbəylininArşın mal alanoperettası, D.ÇimarozanınSirli nikah”, C.RossinininSevilya bərbəri”, P.ÇaykovskininYevgeni Onegin”, S.RaxmaninovunAleko”, F.ƏmirovunSeviloperaları səhnələşdirilib. V.Bellininin “Norma” operasının premyerası bu yaradıcılıq prosesinin parlaq nümunəsidir.

   XIX əsrin görkəmli bəstəkarı Vinçenzo Bellininin libretto müəllifi Feliçe Romaninin “Norma” operası ilk dəfə 1831-ci ildə Milanda məşhur La Skala teatrında tamaşaya qoyulub. Fransız yazıçısı Lui Somenin eyniadlı faciəsi əsasında yazılan ikipərdəli operada hadisələr Sezar dövründə cərəyan edir. Burada Qalliya torpağında Roma döyüşçülərinə qarşı mübarizə onların başçısı Pollion, kahin Orovezonun qızı iki oğlunun anası, baş kahin Normaya qarşı haqsızlıqdan bəhs olunur. Xalqının dini qanunlarını pozan Norma Polliona aşiq olur, lakin onu daha sevməyən prokonsul, kahin Adalgizaya sevgisini bildirərək, oğulları ilə birgə Romaya köçməyi təklif edir. Sonrakı hadisələr Adalgizanın rədd cavabı, Qalliya xalqının üsyanı, Normanın uşaqlarını öldürmək fikrindən daşınması, günahını inkar etməsi, Pollionun kahinə qarşı dərin hislərini anlaması onların birgə edam olunmasından bəhs edir.

   “Norma” operası italyan vokal məktəbi üçün səciyyəvi olanbelkanto”, yəni virtuoz ifaçılıq texnikası üslubunda yazılıb. Məhz buna görə bu opera əsərinin Bakıda italyan dilində səhnəyə qoyulması təəccüb doğurur. Lakin “Norma” operası ilə ilk görüş tamaşaçılara ən gözəl təəssürat bağışladı. Artistlər öz rollarını temperamentlə obrazların xarakterinə uyğun tərzdə oynadılar. Əsərin ümumi axarı, solo ansambl səhnələri canlı təbii alınmışdı. Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında orkestrin səslənməsi özünün dərin emosionallığı, temperamenti ilə seçilirdi. Solistlər orkestr vəhdət yaratmağa nail olmuşdu.

   Xormeyster G.İmanovanın rəhbərliyi ilə hazırlanan xor səhnələrinin ilhamla səslənməsini xüsusilə vurğulamaq lazımdır. İfadəli, ekspressiv səslənən xor solist orkestrə qovuşaraq, həmahənglik təşkil edirdi.

   NormaAdalgiza rollarının ifaçıları - əməkdar artistlər Fəridə Məmmədova və Səbinə Əsədova öz partiyalarını məharətlə ifa etdilər. Norma rolunda çıxış edən F.Məmmədova ilk dəfə olaraq belə mürəkkəb vokal texnikası ilə seçilən opera əsərində iştirak edir. O, Normanın birinci pərdədəki məşhur ariyasını özünəməxsus şəkildə səsləndirir və bütövlükdə rolunun öhdəsindən gəlir. Vokalçının səsinə verdiyi məna aydın və ən başlıcası, obrazın təbiətinə uyğundur.

   Adalgiza rolunda çıxış edən Səbinə Əsədova inandırıcı səhnə obrazı yaradır. Güclü metso soprano səsindən ustalıqla istifadə edərək, o, soloduet səhnələrində gah poetik, gah həyəcanlı duyğuları göstərə bilir. Rolunun xüsusiyyətlərini dərindən mənimsəyən, vokalçı dolğun və ifadəli şəkildə tərəddüd içərisində qalmış, nə edəcəyini qəti bilməyən qadın obrazını bədii zövqlə ifa edir. Aktrisanın temperamentli səhnə hərəkətləri mətnin pozulmasına, sözlərin itməsinə yol vermirrus bəstəkarı P.Çaykovskinin bir fikrini xatırladır. O, söyləyirdi ki, insanlar teatra operanı yalnız dinləməyə yox, həm də baxmağa gəlirlər.

   Pollion rolunun ifaçısı - Opera studiyasının solisti Adil Axundovun ifası inandırıcıdır, obrazın daxili məzmunu, fikir və düşüncələri ilə üzvi surətdə bağlanmışdır. Orovezo rolunda çıxış edən Anton Fernştandt da bütün dərinliyi ilə obrazın xüsusiyyətlərini dinləyicilərə çatdırmağa çalışır.

   BMA-nın tələbələri İslamə Abdullayeva və Hidayət Əliyev öz nailiyyətləri ilə dinləyiciləri sevindirdilər. Ümid edək ki, KlotildaFlavio rolunda çıxış edən gənclər sonrakı fəaliyyətlərində fərdi qabiliyyətləri ilə dinləyiciləri tanış edəcəklər.

   Operanın quruluşunda diqqətçəkən bir məqam da mürəkkəb dekorasiya tərtibatının verilməməsi, bu tərtibatın tamaşanın işıq rəssamı S.Pastuxov, fotodizayner N.İsmayılov tərəfindən işıq effektləri və şəkillərlə əvəz edilməsidir. Bu mənada əsərin ikinci pərdəsində işıqlandırma xüsusilə uğurlu alınmışdır.

   Opera studiyasında səhnələşdirilən “Norma” operası onu göstərir ki, iştirakçılar bütün çətinliklərə baxmayaraq, maraqlı, yaddaqalan tamaşa hazırlamağa qadirdirlər. Belə tamaşalar gənc ifaçılarımızı yeni yaradıcılıq üfüqlərinə qanadlandırır və musiqi mədəniyyətimizin əsl bayramına çevrilir.

 

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.6.