Mərdəkan Mədəniyyət sarayının bədii rəhbəri dünyasını dəyişib

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayının bədii rəhbəri Kamran Ağakərim oğlu İsrafilov fevralın 12-də, 39 yaşında vəfat edib.

   Kamran İsrafilov 1979-cu ildə anadan olub. Bir müddət televiziya jurnalistikası sahəsində çalışıb. İctimai Televiziyada uşaqlar üçün verilişin aparıcısı olub, müxtəlif mədəniyyət layihələrinin, konsert proqramlarının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə, UNESCO-nun qərargahında keçirilənAzərbaycanın xoşməramlı mələkləriadlı konsertin bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib. Bakı Media Mərkəzinin istehsalı olanƏbədi ezamiyyətsənədli filmində Əlimərdan bəy Topçubaşov obrazını canlandırıb.

   Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.7.