Naftalanda yeni
sağlamlıq turizmi mərkəzləri
inşa olunacaq
Naftalan son illərdə beynəlxalq turizm mərkəzinə çevrilib. Xarici turistlərin sayındakı artım şəhərdə yeni sağlamlıq mərkəzlərinin tikilməsini zəruri edir.
Bu fikir Naftalan şəhərində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında səslənib.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd edib ki, 2017-ci ildə şəfa tapmaq, eləcə də istirahət etmək məqsədilə Naftalana üz tutan yerli və xarici turistlərin sayı əvvəlki illə müqayisədə 40 faiz çox olub. Bu dövrdə Naftalanın turizm obyektlərində 35 mindən artıq turist qeydə alınıb ki, bunun da 7309 nəfərini 62 ölkədən gələn xarici turistlər təşkil edib. Xarici ölkələrdən gələnlərin sayında isə 2016-cı illə müqayisədə 32 faiz artım müşahidə olunub. Burada il ərzində daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan olan turistlər istirahət edib və müalicə alıblar. Ötən il Naftalana Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Kanada, Meksika, Braziliya və ABŞ-dan, Afrika respublikalarından, hətta Avstraliyadan turistlər gəlib.
Bildirilib ki, onmərtəbəli “Naftalan” mehmanxanasının yenidən qurulmasından sonra şəhərdə daha bir ikimərtəbəli müalicə mərkəzinin tikintisi davam etdirilir.
Hazırda şəhərdə fəaliyyət göstərən üçulduzlu və beşulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzi fəaliyyət göstərir ki, bu turizm obyektlərində gün ərzində 2200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
O
da diqqətə çatdırılıb
ki, “TurStat” analitik agentliyinin məlumatında
Naftalan şəhəri postsovet
məkanında rusiyalılar arasında ən populyar
müalicəvi kurort yeri
sayılıb. Ötən il şəhərdə
fəaliyyət göstərən turizm
obyektlərinin nümayəndələri ölkədə və
xaricdə keçirilən sərgilərdə iştirak edib, ziyarətçilərə
Naftalan şəhəri, onun
müalicəvi əhəmiyyətə malik
olan Naftalan nefti və göstərdikləri xidmətlər
haqqında ətraflı məlumat veriblər.
Mədəniyyət.- 2018.- 14
fevral.- S.9.