Azərbaycan hekayələrinin “Sirr”i alman dilində
Nazirlər Kabineti yanında
Tərcümə Mərkəzinin
Azərbaycan ədəbiyyatının
dünyada tanıdılması
və təbliği istiqamətində həyata
keçirdiyi beynəlxalq
layihələrindən olan
“Sirr” (Azərbaycan hekayələri) kitabı
Almaniyada işıq üzü görüb.
Azərbaycan ədəbiyyatının
Cəlil Məmmədquluzadə,
Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal
Abdulla kimi ədəbi
simalarının hekayələri
toplanmış kitabı
alman dilinə almaniyalı və avstriyalı tərcüməçilər
- Luts Engel, Helqa Pabl, Sena Doqan,
Hilda Tanik, Marion Kubin-Semyonova,
Valtraut və Volfram Şröderlər çevirib.
Nəşrin redaktoru Hans-Yürgen
Maurer, ön sözün
müəllifi Almaniyanın
Vürtsburq Universitetinin
professoru Ziqlinde Hartmandır.
Almaniyanın “Hans-Yürgen
Maurer” nəşriyyatında çap edilmiş
kitabın Almaniya və Avstriya
şəhərlərində təqdimatı keçiriləcək.
Mədəniyyət.- 2018.- 14
fevral.- S.15.