Moskva-Bakı: məsafələr arasından baxış

 

   Fevralın 12-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Moskva-Bakı. Məsafələr arasından baxış” adlı fotosərgi açılıb. Sərgini qonşu ölkənin “Russian Business Guide” jurnalı təqdim edib.

   Açılış mərasimində “Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Rusiya Federasiyasında yaşayan Azərbaycan əsilli xeyli insanın ölkənin mədəni-siyasi və iqtisadi həyatında oynadığı roldan danışdı. Bildirdi ki, Azərbaycanda doğulan, lakin və sənət həyatını Rusiyada davam edən, böyük uğurlar qazanan insanlara həsr olunmuş bu sərgi “Rossotrudniçestvo” ilə Rusiya biznes qurumlarının xarici ölkədə gerçəkləşdirdiyi ilk layihələrdəndir. Sərgi hazırda Rusiyada yaşayan və çalışan sahibkarlara, ictimai xadimlərə, yaradıcı insanlara həsr olunub. Onların arasında azərbaycanlılarla yanaşı, Azərbaycandakı digər xalqların da təmsilçiləri var.

   Divar boyu sərgilənən fotolar adamı, həkim, məmur, müğənni, hətta futbolçu kimi tanınan həmyerlilərimizin həyat hekayələrini danışırdı. Rusiya Federasiyasının Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov sərginin təşkilinə dəstək verən Rusiyanın Ticarət-Sənaye Palatasına, Rusiya Jurnalistlər İttifaqına minnətdarlığını bildirdi.

   Sərginin qəhrəmanlarından olan adamı Şahid Əsgərov çox gənc ikən Rusiyada sıfırdan fəaliyyətə başlamasından, bu gün isə artıq Azərbaycan ilə işbirliyi qurmaq, öz şirkətində istehsal olunan məhsulların vətəndə satışını təşkil etmək niyyətindən söz açdı.

   Biznes-Dialoq MediaASC-nin baş direktoru Mariya Suvorovskaya sözünə bir neçə il öncə işgüzar görüşlərin birində əslən Azərbaycandan olan adamının onda öz vətəninə, Bakıya, doğma kəndinə maraq oyatmasını xatırladı. O, əvvəllər turist olaraq gəldiyi paytaxtımızda bu sərginin təşəbbüsçüsü olmaqdan qürur duyduğunu dedi, belə sərgilərin - doğma vətəndən min kilometrlərlə uzaq düşsə də, qəlbində doğma yurd sevgisi azalmayan insanların taleyinə həsr olunmuş tədbirlərin davamlı olacağına ümid bəslədiyini söylədi.

   Rusiyada yaşayıb-çalışan, orada şöhrət tapan 13 həmyerlimizin şəxsi və həyatını əks etdirən sərgi fevralın 23-dək davam edəcək.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.16.