Azərbaycanın mədəni irsi markalarda
“Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Azərbaycan” adlı tematik markalar kitabını oxucuların ixtiyarına verib. Nəşrin məqsədi yerli və əcnəbi filatelistləri Azərbaycanın mədəni irsi ilə tanış etməkdir.
“Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva bildirib ki, əsas hədəf Azərbaycanı dünyada təbliğ etməkdir. Bunun üçün markalar çox gözəl vasitədir. Çünki zərfin üzərindəki markalar dünyanın hər bir yerinə çatır və bir ölkə, xalq barəsində informasiya daşıyır.
Azərbaycan
və ingilis dillərində çap edilən kitab
"Azərbaycan təbiəti", "Azərbaycan
memarlığı", "Azərbaycan - tolerantlıq məkanı",
"Azərbaycanın kosmosdan
görüntüləri", "Azərbaycan idmanı",
"Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət
növləri", "Azərbaycan musiqi
alətləri" və "Azərbaycan mətbəxi"
bölmələrindən ibarətdir.
Mədəniyyət.- 2018.- 14
fevral.- S.16.