“İstedad
sorağında” müsabiqəsi
davam edir
Bakı Xətai Sənət
Mərkəzi tərəfindən
elan edilən “İstedad sorağında-3” adlı
rəsm müsabiqəsi
davam edir. Müsabiqə Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon
İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının
dəstəyi ilə gerçəkləşir.
“Azərbaycan Xalq
Cümhuriyyəti ili” çərçivəsində
reallaşdırılan müsabiqə istedadlı gənclərin
üzə çıxarılması, yetişməkdə olan nəslin təsviri sənətə
marağının artırılması məqsədi
daşıyır. Müsabiqədə iştirak
etmək istəyən 16-29 yaş
arası gənclər əsərlərini aprelin
30-dək xsm.2016@mail.ru elektron
ünvanına göndərə bilərlər.
Mədəniyyət.- 2018.- 14
fevral.- S.16.