Unudulmaz melodiyalarda yaşayan sənətkar

 

   Fevralın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, unudulmaz mahnılar müəllifi, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirildi.

   Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova bəstəkarın həyat və yaradıcılığı haqqında danışdı. Bildirdi ki, görkəmli bəstəkarın yubileyi ölkə başçısının müvafiq sərəncamına əsasən silsilə tədbirlərlə qeyd edilir.

   Elza İbrahimovanın sənət yolundan bəhs edən Z.Qafarova vurğuladı ki, gələcəyin bəstəkarı Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayev, Cövdət Hacıyev kimi böyük musiqiçilərdən dərs alıb. Hər iki sənətkar onun istedadını yüksək qiymətləndirib. Elza İbrahimova Qarabağ mövzusundaYanan laylalar”, Hüseyn Cavidin “Afət” faciəsi əsasında operaların, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Vahid Əziz, Vaqif Səmədoğlu, Ramiz Heydər və başqa şairlərin sözlərinə yazılmış yüzlərlə mahının müəllifidir.

   Tədbirdə daha sonra sənətşünaslıq elmləri doktoru, professor Ceyran MahmudovaElza İbrahimovanın həyat və yaradıcılığının əsas məqamlarının səciyyəsi”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət ŞirinovaElza İbrahimovanın yaradıcılığının televiziyaradio kanallarında təbliği” mövzularında çıxış etdilər.

   Qeyd olundu ki, hər mahnı bəstələyən bəstəkar ola bilməz. Elza İbrahimova çox istedadlı bir sənətkar olub. Onun sənətdə ilk addımları maraqlı və çətin, məsuliyyətli bir vaxta düşüb. Çünki o zamanlar respublikada dünya şöhrətli bəstəkarlar fəaliyyət göstərib. Belə bir vaxtda onun əsərləri maraqla qarşılanıb. Elza İbrahimova müraciət etdiyi əsərləri mövzusundan asılı olmayaraq, orijinalkönül oxşayan çalarda işləyib. OnunEy Vətən” mahnısı vətənə təmiz, səmimi, ülvi sevgi müraciətidir. Təsadüfi deyil ki, bu mahnı dahi Rəşid Behbudovun ifasında dünyanı gəzib.

   Çıxışlardan sonra Gülarə Əliyeva adına “Dan ulduzuinstrumental ansamblının müşayiəti ilə bəstəkarın əsərlərindən ibarət konsert təqdim olundu. Ansamblın solistləri Rövşən Əziz, Zabitə Alıyeva, Şəhla Həmidova və Vüsalə Əsgərovanın ifasında “Gecələr bulaq başı”, “Sevgilim, tut əlimdən”, “Sən yadıma düşəndə”, “Mehribanım” və s. mahnılar səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.2.