“Şəhid şəhər” uşaq rəsm müsabiqəsinə yekun vurulacaq
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə “Şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.
Müsabiqənin yekun sərgisi fevralın 23-də Xətai Sənət Mərkəzində keçiriləcək.
15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaqdır.
Müsabiqəyə
450-yə yaxın uşaq 800-dən çox əsəri ilə qatılıb.Yekun
sərgidə 170 uşağın, 180-ə yaxın işinin nümayişi nəzərdə
tutulur.
Mədəniyyət.- 2018.- 16
fevral.- S.2.