Qardaş ölkələr arasında mədəniyyət və turizm əməkdaşlığı müzakirə edilib

 

   Fevralın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

   Görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

   Görüş zamanı həmçinin, bu il ərzində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə kinosu günlərinin keçirilməsi müzakirə olunub.

   Eyni zamanda bir sıra mədəniyyət və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb.

   Səfir səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edib.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.3.