Mediada vətənpərvərlik təbliğatı

  

   Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı tədbirlər KİV-də geniş işıqlandırılacaq

  

   Fevralın 14-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyi münasibətilə tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılmasına həsr olunan görüş keçirilib.

   Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ilielan edilməsi haqqında sərəncamından irəli gələn tapşırıqların icrasının təmin edilməsi məqsədilə müdafiə naziri tərəfindən əmr imzalandığını və tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb.

   Görüşdə iştirak edən media nümayəndələri cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflər səsləndiriblər.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.3.