“Şəhrizad”
baletinin tamaşası
anşlaqla keçib
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında görkəmli
rus bəstəkarı
N.Rimski-Korsakovun “Şəhrizad”
baleti təqdim olunub. Teatrdan bildirilib ki,
anşlaqla keçən
tamaşanı respublikanın
tanınmış mədəniyyət
və incəsənət
xadimləri izləyiblər.
Baletdə əsas rolları
truppanın aparıcı solistləri - Elmira
Süleymanova və Əməkdar artist Samir Səmədov
canlandırıblar. Hər iki solist parlaq ifaları ilə
tamaşaçıların gurultulu
alqışlarını qazanıb. Tamaşa
Xalq artisti, dirijor Yalçın Adıgözəlov tərəfindən
idarə edilib.
Mədəniyyət.- 2018.- 16
fevral.- S.3.