Kitabxanaların oxucular və turistlərlə yeni metodları

 

   Qəbələ rayonu üzrə pilot layihə çərçivəsində təlim keçirilib

  

   Fevralın 15-də Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayonu üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən oxucu və turistlərlə işin yeni formatlarda təşkilinə dair kitabxana əməkdaşları üçün təlim keçirilib.

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən və nazirliyin pilot layihəsinin icrasına cəlb olunmuş kitabxanaların işçiləri üçün təşkil olunmuş təlimdə mərkəzin əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin mütəxəssisləri də iştirak edib.

   Tədbirdə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev nazirliyin təşəbbüsü ilə icra olunan layihənin əhəmiyyəti haqqında danışıb. Sonra mərkəzin şöbə müdirləri və digər mütəxəssislər “Kitabxanalarda müasir xidmətlərin təşkilinə dair tələblər”, “Kitabxanaçıların peşə standartı”, “Oxucularla və vaxtın idarə olunması”, “Müasir şəraitdə kitab təbliğinin metodları” və digər mövzularda məruzələrlə çıxış ediblər. Təlim sual-cavab formatında davam edib.

   Qeyd edək ki, layihə çərçivəsində əhalinin, xüsusilə də turistlərin sıx toplaşdığı məkanlarda səyyar kitabxanaların təşkili nəzərdə tutulub.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.4.