Amerikadan Azərbaycana səfər
“The Washington Times” qəzetində ölkəmizə
səyahət barədə
məqalə dərc olunub
“The Washington Times” qəzetində “Azərbaycana
səfər. Bakıda və
ölkə boyunca gediş-gəliş” sərlövhəli
məqalə dərc edilib. Materialda bildirilir ki, 2017-ci il Azərbaycanın
əsas gəliş-gediş
məntəqəsi, ölkənin
ən iri hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu üçün rekord ili olub:
keçən il bu aeroport 4 milyon
sərnişinə xidmət
edib. Bu, əvvəlki
ilin müvafiq göstəricisi ilə müqayisədə 23 faiz
çoxdur.
Məqalədə
qeyd edilir ki, 2014-cü ildən etibarən Azərbaycana gələn ABŞ vətəndaşları
üçün xüsusi
rahat xidmətlər təqdim edilir: Nyu-Yorkdakı Con Kennedi adına aeroportdan
(JFK) birbaşa reyslə
Bakıya uçanlar hava limanına çatandan sonra birdəfəlik qısamüddətli
viza ala bilərlər.
Bildirilir
ki, Azərbaycan daxilində səyahət etmək üçün avtomobilləri kirayə götürmək də mümkündür.
“Azərbaycan
Hava Yolları” yaxınlarda yeni daxili reyslər açıldığını elan edib.
Məqalədə Azərbaycanın digər gözəl şəhərlərinə və
mənzərəli guşələrinə,
o cümlədən Gəncə,
Qəbələ və
Şəkiyə getmək
də məsləhət
görülür.
Azərbaycanda avtobusda
səyahətə çıxmaq geniş
yayılıb. Bundan əlavə, ölkə
daxilində səyahət üçün
münasib qiymətlə dəmir yolu xidmətlərindən də istifadə
etmək olar.
Mədəniyyət.- 2018.- 16
fevral.- S.5.