Bakıda tanınmış alman fotoqrafın sərgisi açılacaq
Fevralın 24-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində məşhur fotoqraf Sven Marquardtın sərgisi açılacaq.
“Goethe-Zentrum Baku” tərəfindən “Kapellhaus”a gətirilən “Altar” audiovizual instalyasiya fotoqrafın tanınmış texno-klub fiquru DJ və musiqi prodüseri Marcel Dettmannla əməkdaşlığının nəticəsidir. Onun musiqisi Sven Marquardtın dəyişən şəkillərində sürpriz və emosiyalar arasında balans yaradaraq sərginin ziyarətçilərində Berlinin gecə atmosferini yaşadacaq.
Sərgi martın 7-dək davam edəcək.
Qeyd
edək ki, son on ildə Sven Marquardt Berlinin gecə həyatının
məşhur şəxsiyyətlərini təsvir edən bir fotoqraf kimi
tanınıb. O, analoq avadanlıqdan
istifadə etdiyi ağ-qara
rəngli portretlərində dostlarını, həmkarlarını
və yoldaşlarını təsvir edib.
Mədəniyyət.- 2018.- 16
fevral.- S.8.