“Hara gedir
sabahımız”
Şəkidə
Bəxtiyar Vahabzadənin
xatirəsi yad edilib
Fevralın 13-də
Şəki şəhər
Nakam adına Mərkəzi kitabxanada Xalq şairi, Dövlət mükafatı
laureatı Bəxtiyar
Vahabzadənin vəfatının
9-cu ildönümü ilə
əlaqədar “Hara gedir
sabahımız” adlı
dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şairin
“Bəxtiyar meydanı”ndakı
büstü önünə
gül dəstələri
qoyublar.
Mərkəzi kitabxananın oxu zalında keçirilən
tədbirdə Bəxtiyar
Vahabzadənin ev-muzeyinin
direktoru Elşən Zəkəriyyəbəyli, kitabxananın
direktor müavini R.Əhmədova, əməkdaşlar
D.Yaqubova, Z.Nəsrullayeva
və digər çıxış edənlər
B.Vahabzadənin yaradıcılığından
söz açıb, onun təkcə Azərbaycanın deyil, Türk dünyasının
böyük ədibi olduğunu vurğulayıblar.
Sonda
iştirakçılar “Türk
dünyasının Bəxtiyarı” adlı sərgiyə
baxıblar.
Mədəniyyət.- 2018.- 16
fevral.- S.11.