Rəssam soydaşımızın ustad dərsləri
Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamov fevralın 13-dən 15-dək Tolyatti şəhərindəki emalatxanasında ustad dərsləri keçib.
Şəkinin Qoxmuq kəndində anadan olan Bayram Salamov
1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Rusiyada, Çexiyada, Kiprdə
fərdi sərgiləri keçirilib.
Bakıda ilk fərdi sərgisi 2014-cü
ildə təşkil edilib. Əsərləri
Almaniya, İsveç,
İtaliya, Böyük
Britaniyada və s.
ölkələrdə fərdi kolleksiyalarda
saxlanılır.
Mədəniyyət.- 2018.- 16
fevral.- S.13.