Bakıda İran kinosu günləri
Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə fevralın 23-dən 27-dək Nizami Kino Mərkəzində İran kinosu günləri keçiriləcək.
Açılış günü “Cangüdən” filmi təqdim olunacaq. Ekran əsərinin qəhrəmanı - çox mühüm bir insanın, nüvə (atom) fiziki olan alimin cangüdənidir. O, alimi terrordan qorumalıdır. Film Vyanada keçirilən beynəlxalq film festivalında mükafat qazanıb.
Tamaşaçılar fevralın 24-də “Xəyanətin şirin dadı” filminə baxa biləcəklər.
Şirin adlı qıza öz müəllimi elçi gəlir. Romantik yumorlu film ətraf mühit, insanla torpaq arasında olan ünsiyyət barədədir. Film ayın 25-də göstəriləcək. “Divanə top” filmi internet vasitəsilə tanış olub görüşən bir neçə gənc haqqındadır. Onlar bir mərc və zarafat nəticəsində qorxulu bir yola düşürlər.
Fevralın 27-də “Ayaqqabım hanı?” filmi nümayiş olunacaq. Bu film Altsheymer xəstəliyi və mühacirlik barədədir. Həbib zavod sahibidir və bu xəstəliyə tutulub. Ailəsi onu tərk edib, ancaq qızının İrana qayıtması ilə yeni hadisələr başlayır.
S.Qaliboğlu
Mədəniyyət.- 2018.- 16
fevral.- S.16.