Arif Babayev “Şərəf”
ordeni ilə təltif edilib
Prezident İlham Əliyev
fevralın 19-da görkəmli
xanəndə, Xalq artisti Arif İmran
oğlu Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Fevralın 20-də 80 yaşı tamam olan sənətkar
Azərbaycan musiqi mədəniyyətinin inkişafında
böyük xidmətlərinə
görə təltif edilib.
Mədəniyyət.- 2018.- 21 fevral.- S.2.