“Sönmüş ocaqlar”
Tələbələrin
soyqırımı mövzusunda rəsmləri
sərgilənəcək
Fevralın 22-də İstiqlal Muzeyində “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək. Muzeydən bildirilib ki, sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin Xocalı soyqırımına həsr olunmuş 50-dək rəsm əsəri sərgilənəcək.
Tədbirdə
çıxışlarla yanaşı, 2 nömrəli
Uşaq-gənclər inkişaf mərkəzi
tərəfindən hazırlanan “Xocalını unutmayaq” adlı kompozisiya da nümayiş olunacaq.
Mədəniyyət.- 2018.- 21 fevral.- S.2.