“Müstəqilliyimizin tarixini
öyrənək”
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyindəki Səbail rayon MKS-nin 3 saylı filialında məktəblilər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqilliyimizin tarixini öyrənək” başlığı altında intellektual yarış keçirilib.
Tədbirin məqsədi Xalq Cümhuriyyətinin tarixi haqqında məktəbli oxucuları məlumatlandırmaq, onları “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” ilə tanış etmək olub.
Paytaxtın 203, 51, 49, 163, 162 nömrəli məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən yarışmada məktəbli oxucular böyük həvəslə iştirak ediblər, qalib komandalar təşəkkürnamə ilə təltif olunub.
Mədəniyyət.- 2018.- 21 fevral.- S.6.