Bakıda beynəlxalq incəsənət
festival-müsabiqəsi keçiriləcək
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə 27 mart - 2 aprel tarixlərində İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə paytaxtımızda II Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək.
“Testene Art Baku”
festival-müsabiqəsi 7 nominasiya:
vokal, instrumental, rəqs,
teatr, folklor, təsviri incəsənət,
moda və dizayn üzrə keçiriləcək. Münsiflər
heyəti qismində Rusiyanın Xalq artisti Viktor Pelenyaqre, Rusiyanın və Tatarıstanın Xalq artisti Renat İbrahimov,
Litva Musiqi Akademiyasının professorları
Arturas Ankskauskas, Petras Kunka və
festivalın fəxri qonağı qismində
Fabio Lamborqini iştirak
edəcəklər. Vokalçılar arasında Qran-pri mükafatının qalibinə
Rusiyanın Xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi
bəstələnmiş mahnı
hədiyyə olunacaq.
Qeyd edək ki, ilk dəfə 2016-cı ildə
keçirilən “Testene
Art” I Beynəlxalq festival-müsabiqəsində
müxtəlif ölkələrdən
iştirakçılar Azərbaycanın
musiqi mədəniyyəti
və incəsənəti
ilə yaxından tanış olmuşdu. Azərbaycanlı ifaçıların çıxışları münsiflər
heyətinin marağına
səbəb olmuş,
balaban ifaçısı
Nicat Pələngov Qran-pri mükafatına layiq görülərək
İtaliyada keçirilən
müsabiqəyə vəsiqə
qazanmışdı.
Mədəniyyət.- 2018.- 21
fevral.- S.7.