“Caspian European Club”un turizm
komitəsinin iclası
Bakıda
“Caspian European Club”un tərkibinə daxil olan turizm komitəsinin
iclası keçirilib.
Komitənin rəhbəri Elşən
Rəhimovun sədrliyi
ilə keçirilən
toplantıda turizm şirkətlərinin rəhbərləri
və nümayəndələri
üzləşdikləri problemləri
və onların həlli yollarını müzakirə ediblər.
İclasda irəli sürülən
təkliflər “Caspian European Club”un hüquq
komitəsi tərəfindən
öyrənildikdən sonra
müvafiq dövlət
qurumuna göndəriləcək.
Müzakirələrin yekunu olaraq dövlət qurumları ilə işçi qrup çərçivəsində
hesabat və təkliflər paketi hazırlanacaq.
“Caspian European Club” Xəzər-Qara
dəniz regionunda fəaliyyət göstərən
iri neft-qaz şirkətlərinin
dəstəyi və “Caspian Energy International Media Group”un
iştirakı ilə 2002-ci ildə yaradılıb. “Caspian European Club” yarandığı ilk
gündən neft sahəsindən əldə
olunan gəlirlərin qeyri-neft
sektorunun inkişafına yönəldilməsinə
kömək edir. Sıralarında beş mindən artıq şirkət və təşkilatı
birləşdirən “Caspian European Club” dünyanın
70 ölkəsini əhatə edir, dövlət
qurumları ilə özəl sektor
arasında dialoqun dəstəklənməsi
istiqamətində fəal iş
aparır. “Caspian European
Club” iki il
ərzində “Caspian American Club” və “Caspian Asian Club”u idarə edəcək.
Mədəniyyət.- 2018.- 21
fevral.- S.9.