“Məhəbbət və ölüm” tələbələrə göstərilib

 

   Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 19-da Bakı Humanitar Kollecində “Biz narkomaniyaya yox deyirikteatr layihəsi çərçivəsində Marat Haqverdiyevin “Məhəbbət və ölüm” əsərinin tamaşasını təqdim edib. Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə və başqaları oynayır.

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.10.