“Bir
ailə” - 75 il
sonra böyük ekranda
Martın 1-də Nizami Kino Mərkəzində Azərbaycan
mədəniyyətinin görkəmli
xadimlərinin birgə
ərsəyə gətirdiyi
“Bir ailə” bədii filminin təqdimatı olacaq.
Təqdimat ekran əsərinin ssenari müəllifi görkəmli
yazıçı, ədəbiyyatşünas
alim Mir Cəlal Paşayevin anadan olmasının 110, filmin musiqisinin müəllifi, dahi bəstəkar Qara Qarayevin 100 illiyinə təsadüf edir.
1943-cü ildə “Bakı kinostudiyası”nda istehsal edilən film II Dünya müharibəsində Azərbaycan
neftinin rolu və xalqımızın
vətənpərvərliyindən bəhs edir. Rejissorlar Qriqori Aleksandrov, Mikayıl Mikayılov və Rza Təhmasibin ekranlaşdırdığı “Bir ailə” tammetrajlı bədii filmində rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Lyubov Orlova və
başqaları canlandırıblar.
Operatorlar Əlisəttar Atakişiyev,
Əsgər İsmayılov,
rəssam Mirzə Rəfiyevin də daxil olduğu yaradıcı qrupa filmin çəkilişi
o vaxtkı ağır
durumda çox çətin başa gəlib. Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.
Ekran əsərinin nümayişi
1953-cü ilədək qadağan
olunub.
Filmdə duz-çörəkli Bakıdan, onun faşizm üzərində
qələbə üçün
hər şeyi qurban verməyə hazır olan çoxmillətli sakinlərindən
bəhs edilir. Ssenari müharibədə olan azərbaycanlı tankçı
Nacarın birgünlük
məzuniyyət zamanı
vurulduğu Katya adlı rus qızına
məhəbbəti ətrafında
qurulub. Katya rolunu Lyubov Orlova, Nacar rolunu
isə Xosrov Məlikov ifa edib.
Kino tarixçisi,
Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə “Azərbaycan
kinematoqrafçıları” kitabında filmlə bağlı belə bir maraqlı faktı qeyd edib: “Çəkiliş zamanı səhnələrdən
birində tankın partladılması lentə
alınmalıydı. Rejissorun və
Orlovanın xahişi ilə meydana hərbi hissədən
tank gətirilir. Rejissorlara tankın
çəkilişdən sonra
hərbi hissəyə
göndəriləcəyi deyilir.
Partlayış saxta olmalı,
səhnəni müxtəlif
nöqtələrdən dörd
kamera çəkməliydi.
Amma tank həqiqətən partlayır.
Həyəcan siqnalı çalınır
və partlayış
səsinə yaxınlıqda
yerləşən hərbçilər
gəlirlər. Bir göz
qırpımında çəkiliş
meydanı əhatəyə
alınır. Partlayış vaxtı dörd kameradan üçü işləmir. Çünki partlayışdan şok yaşayan operatorlar kameranı işə sala bilmirlər. Yalnız
operator Koretski özünü
itirməyib və çəkilişi davam etdirib. Beləliklə,
cəbhəyə göndəriləcək
tank məhv olub...”
Qara Qarayevin bəstəkar,
Mirzə Babayevin aktyor-müğənni kimi
ilk kino işi olan “Bir ailə”
filmi yalnız
1990-cı illərdə telekanallardan
birində nümayiş
etdirilib. Sovet arxivlərindən tapılan
sənəddə filmə
qadağa qoyulması ilə bağlı yazılıb: “Bir ailə” kinofilmində Böyük Vətən müharibəsi və həmin müharibədə
Kommunist Partiyasının
rolu kifayət qədər əks olunmayıb”...
Mir Cəlal Paşayevin yazdığı ssenaridə müharibənin bütün yükünün sadə xalqın üzərinə düşdüyü qabardılmışdı. Müəllif öz çörək payını da Bakıya təxliyə edilmiş rus, ukraynalı, belarus, latış və s. millətlərin nümayəndələri ilə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən, fədakarlığından bəhs edirdi. Amma ssenaridə partiya fəallarının nitqlərinə yer verilməmişdi...
Mədəniyyət.- 2018.- 21 fevral.- S.13.