Bakı Prosesi”nin 10 illiyi ilə bağlı Koventri Universitetində təqdimatlar keçirilib

 

   Universitetin Etimad, Sülh Sosial Münasibətlər Mərkəzi tərəfindənBakı Prosesibarədə kitab hazırlanır

  

   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası PrezidentininBakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə bağlı 17 noyabr 2017-ci il tarixli sərəncamı ilə əlaqədar bu il müxtəlif ölkələrdə tərəfdaş beynəlxalq təşkilatlarda təqdimatların keçirilməsi planlaşdırılır. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə əsası qoyulmuşBakı Prosesiötən müddətdə mədəniyyətlərarası dialoqun qlobal platformasına çevrilib.  

   Bakı Prosesi”nin 10 illiyi ilə bağlı Böyük Britaniyanın Koventri şəhərində səfərdə olan mədəniyyət turizm naziri Əbülfəs Qarayev Koventri UniversitetininQlobal liderlərproqramı üzrə təhsil alan tələbələri ilə görüşüb. Tələbələr üçün Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü olanBakı Prosesi”nin təqdimatı keçirilib.

   Bu qlobal təşəbbüsün tarixinə əhəmiyyətinə həsr olunan film nümayiş etdirildikdən sonra Əbülfəs Qarayev Azərbaycan dövlətinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq fəaliyyətləri, Bakıda 2011-ci ildən ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumları, ölkəmizin multikultural mühiti, tariximiz mədəniyyətimiz barədə danışıb.

   Daha sonra tələbələrin suallarını cavablandıran nazir gələcəkdə keçiriləcək tədbirlər haqqında məlumat verib.

   Səfər çərçivəsində Əbülfəs Qarayev Koventri Universitetinin vitse-kansleri baş icraçısı Con Latamla görüşüb. Görüş zamanı universitetin Etimad, Sülh Sosial Münasibətlər Mərkəzi ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın davam etdirilməsi, mərkəz tərəfindənBakı Prosesibarədə xüsusi kitabın hazırlanması, habelə universitet ilə mədəniyyət, menecment sahələrində təhsil mübadiləsi əməkdaşlığı barədə müzakirələr aparılıb.

   Həmin gün Etimad, SülhSosial Münasibətlər Mərkəzinin əməkdaşları olan elmi tədqiqatçılar üçün də “Bakı Prosesi” barədə seminar keçirilibbu platformanın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Mərkəzin rəhbəri, professor Mayk Hardi Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edərək, gələcəkdə bu istiqamətdə əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.3.