“Söz” layihəsi
çərçivəsində növbəti tədbir
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan “Söz” ədəbi layihəsinin növbəti tədbiri fevralın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq. Gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilən layihənin rəhbəri şairə Nigar Həsənzadədir.
Tədbirdə
gənc şairlər İren Tasalova, Səbinə Vəlibəyova, Səidə
Sübhi, Solmaz
Süleymanlı, Atika Əliyeva, Leyla Qurbanova və
İsmayıl Əliyev şeirlərini səsləndirəcəklər.
Mədəniyyət.- 2018.- 23
fevral.- S.3.