İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Bakıda səfərdədir

 

   Fevralın 23-dən 27-dək paytaxtımızda İran kinosu günləri keçiriləcək

  

   Nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib  

   Fevralın 23-dən 27-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyiİran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda İran kinosu günləri keçiriləcək. Kino günləri ilə bağlı İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyəti fevralın 22-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi. Ulu öndərin xatirəsi ehtiramla yad olundu, məzarı önünə gül dəstələri düzüldü.

   Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə tər güllər qoyuldu.

   Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər.

   Daha sonra bu məkandan Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

  

   “Azərbaycan bizim üçün dostqardaş ölkədir”

  

   Jurnalistlərə açıqlama verən Abuzər İbrahimi Türkaman mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəvəti ilə ölkəmizdə səfərdə olduğunu dedi: “Azərbaycan bizim üçün dostqardaş ölkədir. İki ölkə mədəni, tarixidini baxımdan bir-birinə sıx bağlıdır. Azərbaycan və İran arasında bütün sahələrdə çox yaxşı münasibətlər variki ölkə prezidentlərinin rəhbərliyi ilə daha da inkişaf etməkdədir. Ötən il Azərbaycan mədəniyyəti günləri Tehran, İsfahan və Ərdəbil şəhərlərində çox yüksək səviyyədə keçirildi. İndi isə Azərbaycanda İran kinosu günləri təşkil olunur”.

   Abuzər İbrahimi Türkaman onu da bildirdi ki, səfər zamanı mədəniyyət tədbirləri ilə yanaşı, Azərbaycan və İran arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivlərinin və digər məsələlərin müzakirəsi də nəzərdə tutulur. İran nümayəndə heyətinin səfər proqramına bir sıra görüşlər daxildir.

   İran kinosu günlərinin açılışı fevralın 23-də Nizami Kino Mərkəzində keçiriləcək. Açılış günündə rejissor İbrahim Hatimikiyanın “Cangüdən” filmi təqdim olunacaq.

   Fevralın 24-də Kamal Təbrizinin “Xəyalın şirin tamı”, ayın 25-də Əbdülhəsən Davudinin “Divanə top”, 27-də isə Kiyaməs Purəhmədin “Ayaqqabım hanı?” bədii filmləri nümayiş etdiriləcək.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.5.