“Ana dilimiz
- mənəvi sərvətimiz”
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq ana dili günü münasibətilə “Ana dilimiz - mənəvi sərvətimiz” mövzusunda tədbir olub.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, Beynəlxalq ana dili günü UNESCO-nun Baş Konfransı tərəfindən dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə təsis edilib. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup iki yüzə yaxın dövlətin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı isə 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir.
ATMU-nun İctimai
fənlər kafedrasının dosenti Məhərrəm
Zülfüqarlı, Dillər kafedrasının dosenti Seyidəli Məmmədli və müəllim
Almaz Zöhrabova ana dilimizin inkişaf
tarixindən və milli sərvətimizə
dövlət qayğısından söz
açıblar. Tələbə Fatimə İbadova Səməd Vurğunun
məşhur “Azərbaycan” şeirini
söyləyib, Bəxtiyar Vahabzadənin “Ana
dilim” şeirinin şairin öz səsində
lent yazısı səsləndirilib.
Mədəniyyət.- 2018.- 23
fevral.- S.6.