Xurşudbanu Natəvandan Pərvin Etisamiyədək”

 

   Fevralın 22-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaXurşudbanu Natəvandan Pərvin Etisamiyədək” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir İranın və Güney Azərbaycanın tanınmış şairələrindən Pərvin Etisaminin yaradıcılığına (1907-1941) həsr olunub.

   İnstitutun direktoru, akademik İsa Həbibbəyli İran ilə Azərbaycan arasında elm, mədəniyyət sahələrində əlaqələrin inkişaf etdiyini söyləyib. AMEA və Təbriz Universitetinin birgə təşkilatçılığı ilə görkəmli sənətkarların yubileylərinin qeyd olunduğu diqqətə çatdırılıb.

   İ.Həbibbəyli XIX əsrdə Azərbaycanın tanınmış qadın şairi X.Natəvanın və XX əsrin görkəmli İran şairlərindən olan P.Etisaminin yaradıcılığı barədə məlumat verib.

   Bildirilib ki, cəmi 34 il ömür sürmüş P.Etisaminin yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Qısa, lakin mənalı ömür yaşamış şair əsərlərini fars dilində yazsa da, doğma vətəni Azərbaycana bağlı olub. “Sərxoş, lakin agahromantik şeirlər məcmuəsi ona böyük şöhrət qazandırıb.

   Konfrans məruzələrlə davam etdirilib.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.6.