“XX əsrin ən qanlı faciəsi”
Goranboydakı Heydər Əliyev Mərkəzində rayon MKS və Tarix-diyarşünaslıq muzeyi ilə birgə “XX əsrin ən qanlı faciəsi” adlı anım günü təşkil edilib.
Mərkəzin direktor vəzifəsini icra edən Xəyyam Quliyev, Tarix-diyarşünaslıq muzeyinin direktoru Ulduz Bağırova tariximizin qan yaddaşı olan Xocalı soyqırımı barədə danışıblar.
Qətliamın şahidi olmuş Xocalı sakinlərindən Valeh Hüseynov, Qaryağdı Quliyev, Nəzanə Həsənova başlarına gələn müsibətlərdən danışıblar. Goranboy rayon Xocalı şəhərciyi məktəblilərinin ifasında faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Mədəniyyət.- 2018.- 23 fevral.- S.7.