Qazaxda bədii qiraət müsabiqəsinin
ilk seçimi olub
Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin ilk turunun ilk mərhələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Müsabiqənin 1-ci turunun ilk mərhələsində rayonun şəhər və kənd məktəblərinin şagirdləri və fəal oxuculardan ibarət 24 nəfər iştirak edib.
Münsiflər heyətinin qiymətləndirməsinə görə, dörd nəfər turun ikinci mərhələsində çıxış etmək hüququ qazanıb.
Qeyd edək ki, bədii qiraət müsabiqəsinin hər şəhər (rayon) MKS üzrə seçimlərində bir nəfər qalib müəyyənləşməlidir. Onlar aprel ayı ərzində Bakı şəhəri və 15 regional idarə üzrə təşkil olunacaq növbəti turda iştirak edəcəklər.
Mədəniyyət.- 2018.- 23
fevral.- S.7.