Xalq artistinin yubileyi konsert proqramı ilə qeyd edilib
Azərbaycan Milli Konservatoriyasında
(AMK) məşhur xanəndə,
Xalq artisti, tədris ocağının
kafedra müdiri,
professor Arif Babayevin 80
illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib.
Konservatoriyadan bildirilib ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək,
Arif Babayevin muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində
böyük rolunu və töhfələrini
vurğulayıblar.
Tədbirdə Arif Babayevin ömür yolunu əks
etdirən videoçarx nümayiş
etdirilib. Daha sonra tanınmış muğam və instrumental ifaçıların təqdimatında
konsert olub.
Mədəniyyət.- 2018.- 23
fevral.- S.8.