52 il ömürlü, 90 yubileyli

 

 

   Həyatın bütün gözəlliklərinə “Belə ola həmişə!” demiş Əliağa Kürçaylı

  

   Təbiətcə çox kür adam idi Əliağa. Və onun məhz buformatda obrazlaşmasını təmin edən elementlərin çoxu göz qabağında idi; daxili düşüncələrini sərgiləyən odlu-alovlu baxışları, misra-misra yerişləri, şaqraq-şahanə gülüşləri! Şeirlərindəki bir çox poetiksitatlar, təxəllüsündəki ilk heca da ki, öz yerində...

   Əgər bu şairin təxəllüs “nədən”ilə də maraqlananlar varsa, səbəbini onun öz “nəsr”ində görə bilərlər: “Ən xoşbəxt dəqiqələrimdə də, ən sıxıntılı anlarımda da, nədənsə, birinci növbədə, Kür çayını xatırlayıram...”

   Bu günlər, 52 yaşında dünyasını dəyişib, 90 yubileyinə yetmiş bu şairin özünü də canlı-canlı, real-real, xəyal-xəyal xatırlayanlar az deyilbu qəbil “hallardan biri də ənənəvi -

  

   Tərcümeyi-hal...

   

   Müharibə başlananda Əliağa yeniyetməlikdən cavanlığa addımlamaqdaymış və o, uşaqlıqları 1941-45-ə düşənlərin davranışlarını, sir-sifətlərindəki “əkə-yekə kişi”likləri müşahidə etdikcə, tez-tez, hansısa bədii kitabdan oxuduğu “müharibə uşaqları vaxtından əvvəl böyüyürdeyimini xatırlayırmış. Bir kərə də - dolanışıq üçün 9-cu sinifdən orta məktəbi buraxıb, Salyan dəmir yolunda fəhlə, rayon teatrında baş mühasib işlərkən, öz yaşına rəğmən “Bəs müharibə gəncləri? - xitabında bulunur və qarşısındakı “çötkə”yə, haqq-hesab dəftər-kitablarına baxıb əlavə edir: - Bunlardan biri də mən özüm; könlüm poeziya ölkəsində, əllərim haqq-hesab “çötkə”sində...”

   Elə ilk şeirindən “Kürçaylı” təxəllüsü ilə çıxış edən Əliağa bu kimi “neynim-necə eləyim”lərdə ikən Yazıçılar İttifaqının sədri S.Vurğundan Salyan rayon rəhbərliyinə belə bir məktub gəlir: “Gənc şair Əliağa Kürçaylını birhəftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək “Gənc yazıçıların birinci respublika müşavirəsi”nə göndərməyinizi xahiş edirik”.

   Həmin müşavirədə gənc yazıçılara söz verən S.Vurğun Əliağanın adını çəkirkən, o, ayaqları bir-birinə dolaşa-dolaşa xitabət kürsüsünə yaxınlaşır və qəlbində “əfsanəvi”ləşdirdiyi şairi çəkingən nəzərlərlə süzüb, deyir: “Danışım, ya şeirimi oxuyum?..”

   Onun çox həyəcanlı olduğunu görən Vurğun: “Danışanlarımız çoxdur, sən şeir oxu” - deyiro da, içərisində “Səni qanlı otların üzərindən dərdiyim, Xatirə dəftərimin arasına sərdiyim” kimi ürəyəyatımlı misralar olanİlk bahar çiçəyi” adlı şeirini oxuyur...

   Bu məqamda şairin həyat yoldaşının xatirələrindən kiçik bir parçaya da ehtiyac duydum: “Tale belə gətirir ki, Əliağanın “Azərbaycan gəncləri” qəzetində çıxan ilk şeiri (“Sənin gözlərin”) böyük şairimiz S.Vurğunun diqqətini çəkir və onu Bakıya çağırtdırır. O, “Harda oxuyursan?” sualına eşitdiyiOxumuram, dəmir yolunda fəhlə işləyirəm” cavabından mütəəssir olub, gəl, səni düzəldək universitetə - deyəndə, Əliağa başını aşağı salıb, kədərlə dillənir: “Götürməzlər, kamal attestatım yoxdur, 9-cu sinfi bitirmişəm...” S.Vurğun isə onun səsindəki bədbinliyi nikbinliyə calayır: “Onda birdəfəlik yığış gəl Bakıya, burda onuncu sinfi bitirib, universitetə daxil olarsan”.

   Daha sonrakönlü poeziya ölkəsində, əlləri haqq-hesab “çötkə”sində” olan bu gənc şair elə həmin o “əfsanəvi” şairin xeyir-duası və birbaşa köməyilə Bakıya köçür, öncə “Fəhlə-gənclər məktəbi”ni, ardınca ADU-nu (BDU) bitirir, qeyri-adi istedadı səbəbilə göndərildiyi Moskva Ali Ədəbiyyat İnstitutunu isə... Bu, vəd etdiyim “xatirə”dən bəlli olacaq.

   Moskvadan döndükdən sonraKommunist”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində şöbə müdiri, “Azərbaycan” jurnalında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Yazıçılar İttifaqında dramaturgiya bölməsinin rəhbəri və “Yazıçı” nəşriyyatında - 1978-ci ilin mayından ömrünün axırınadək baş redaktor...

   Bu qısa sənəd-sətirlərdən sonra nə?

  

   Əlbəttə, sənət!..

  

   İndicə “ömrünün axırınadək” ifadələri işlətdim. Bu, “1980-ci il 11 fevraldeməkdir. Bu tarixçəyə tək elə “52 ilsözü kimi yox, ardınca sevimli qızını da alışdırıb-yandırası fəda közü kimi baxmalı.

   Yaşasaydı, bir vaxt:

  

   Qu quşu nəğməni bir ağız deyir, -

    Ömründə bir ağız...

   Amma nəğmə haa!..

  

   - demiş bu şair daha çox mətləbləri poetikləşdirər, çox adiləri fəlsəfiləşdirərdi.

   Hələ 18 yaşındaykən atdığı ilk imza-addımından - “Sənin gözlərinşeirindən tanınan bu şair 19 yaşında baş vermişSəməd Vurğun hadisəsi”ndən sonrapoetik marafon”a başlayır. Paytaxtda sözünə, rayonda özünə münasibət dəyişir.

   Elə dünənədək şeirlərində Azərbaycan sərhədləri içrə gəzişən, “yeri Səlyan”, ürəyi Bakı olan bu şairin özü dəyişir”:

  

   Baxdım Britaniya muzeylərinə,

   Dünyaya bəllidir adı, şöhrəti.

   Sanırdım gələcək gözüm önünə

   İngilis xalqının milli sərvəti...

  

   Mən elə bilirdim...

   Heyhat!

   Elə bil,

   Bura ya Misirdir, ya Yunanıstan.

   Elə bil, ingilis torpağı deyil,

   Bura ya İrandır, ya da Hindistan!

  

   Arabir Londona gəlir yunanlar,

   Qədim Parfenonu görsünlər deyə.

   Heyrət!

   Bilet alıb baxırlar onlar

   Özləri yaradan bu abidəyə...

  

   Bu an bir “stop” deyək, dünya muzeylərinibəzəyənöz ecazkar eksponatlarımızı da gözlərimiz önündə canlandırandan sonra oxuyaq:

  

   Dayan, hansı xalqdır bunları satan,

   Pula dəyişdirən öz şöhrətini?

   Varsa, o xalq deyil, kütlədir, inan,

   Tərk etsin o, insan cəmiyyətini!..

  

   Bu son bənddən sonrakaş bir heç vaxt öz mədəniyyətinə qarşı belə naxələflik olmayaydı” - deyə fikrə getdim, bütün millətlərin, ictimaiyyətlərin, fərdlərin görüb-etdiyi yaxşı işlər haqda düşündüm bu dünyanın özəl gözəlliklərinəBelə ola həmişədemiş bu şairi yeni ampluada xatırladım. Gözəl bir nəğməyə çevrilmiş bu şeirin müəllifini kim tanımır ki - fikirləşdim. Övladlarına Məcnun-Atalıq etmiş bu insanın ölümünə qızı Ülkər Leyli vəfa-fədakarlığı etmiş, - dedim.

   Gəncliyini keçənədək - yənipoeziya köhləni”nə tam süvar olanadək həyat yüyəni tale ümidinə buraxılmışlardan olub Əliağa Kürçaylı. Elə sonrakı çağları da sığal-tumarlı olmayıb. Bu barədə sözümə qüvvət olaraq, yazımın sonunda - şairin həyat yoldaşının xatirələrindən fraqmentlər təqdim edəcəm. Hələliksə, həyatındakı mənfili-müsbətli bütün nüansların fövqündə dayanan şeirlərindən bir bənd:

  

   Qüssəli çağlarında

   Sənin dodaqlarında

   Təbəssüm görünübsə,

   Gülüşə bürünübsə...

   Demək, hələ mən varam!..

  

   Bu dəm bu şairinTəki sən səslə mənimisrasını da xatırlayaq deyək ki, əksər şairlərdə bu maya-qayəliismarış”ların müqəyyəd ünvanıbaşqa”ları olur. Bu şairin şeirlərindəki sevgilərinəzəl mübtədasıisə - ovaxtlar eşitdiklərimə sonralar oxuduqlarıma görə, xalq dilindəhalalıdeyilən birisi - Şəhla xanımdır beləliklə -

  

   Yar sözü:

  

   Əliağa bizim məktəbə gələndə dərslər çoxdan başlanmışdı. Bir gün sinifdə yer çatışmadığından, partalarda üç-üç oturmuşduq. Mənim bütün diqqətim müəllimdə ikən, parta yoldaşım dirsəyilə qoluma toxundu: “Şəhla, gör, birinci sıradakı o oğlan sənə necə baxır!”

   Baxışlarımız qarşılaşanda, o özünü saxlaya bilməyib yıxıldı müəllim çevrilib baxanadək cəld qalxıb yerində oturdu. Müəllimin: “O gurultu idi elə?” sualı hamının ona baxmasından çox pərt oldu”.

   Və günlər keçir, Şəhla xanım onun məktublarını gah cırıb atır, gah oğrun-aşkar baxışlarına, müraciətlərinə əhəmiyyət vermirbütün bunlar odlu Əliağanı - gənc şairi daha da alovlandırır. Onlar ADU-ya (BDU) qəbul olunub, üz-gözləri bir-birinə təzəcə öyrəşirmiş ki, Əliağanı Yazıçılar İttifaqına çağırıb deyirlər: “Səni Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna göndəririk”...

   O, Moskvadan Bakıya neçə-neçə məktub yazır... “bu dünyanın birincisi Şəhla”dan isə cavab gəlmir ki gəlmir...

   Nəhayət, öz imtahanlarını “eksterniverib, Bakıya özü gələn və Şəhlanı imtahan sessiyasında haxlayan Əliağa bir daha Moskvaya qayıtmır. Girir rektorun qəbuluna, deyir, “Moskva çox soyuqdur, tez-tez xəstələnirəm, təhsilimi burda davam etdirmək istəyirəm”. Və bu gələcək cütlük yenidən bir qrupda oxumağa başlayır...

   “Mühazirələri rahat eşidib-yazmaq üçün lap qabaq sırada oturarheç kim mənim yanımda əyləşməzdi. Tələbə yoldaşlarım belə edirdilər ki, “ən çox dərs buraxan şair” gələndə mənim yanımda boş yer görüb, otursun...

   1951-ci il. Mən kitabxanadayam. Qəflətən Əliağa içəri girir, icazə istəyib, yanımda əyləşir və ehtiyatla deyir:

   - Bir söz deyəcəm, amma durub qaçma.

   - Qaçmaram, de.

   - Bu gün sizə elçi yollamaq istəyirəm...

   - Mənə var? Özün öz ixtiyarındasan...

   Dərhal durub çıxdı. Demə, elçiləri onu küçədə gözləyirmişlər.

   Bakıda kimsəsi yox idi; elçiliyə şairlərdən Adil Babayev, Böyükağa Qasımzadə, Ənvər Əlibəyli, Qabilöz anasını aparırmış.

   Gözəl bir ailə quruldu, yaşadıq və...

   ...Gün gəldi ki, Əliağa bərk xəstəliyə tutuldu. Uzun çəkən müalicələr bir səmərə vermədi. Qızımız Ülkər isə onun vəfatından iyirmi dəqiqə sonra özünü dənizə atdı... Yadlar belə göz yaşlarını saxlaya bilmirdilər... Biz onu “Vağzalı” sədaları altında gəlin köçürmək arzusundaykən... elə o havanın məni daha da havalandıran səsləri altında məzara göndərdim...

   Yaxşı ki, Əliağanın adamı yaşadan şeirləri varmış...”

   

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.12.