Almaniyalı alim Azərbaycanın qədim keramika məmulatlarını tədqiq edir

 

 

   Almaniya Arxeologiya İnstitutunun Avrasiya departamentinin elmi əməkdaşı, doktor Mark İserlisŞimali Qafqazın Maykop fenomeni: əsasa dönüş” layihəsi əsasında Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun arxeoloji fondunda ölkəmizin ərazisində Xalkolit (eramızdan əvvəl IV minilliyin əvvəlləri) dövrünə aid keramika məmulatları üzərində araşdırma aparır.

   İnstitutdan bildiriblər ki, almaniyalı alimin əsas tədqiqat obyekti Leylatəpə, Fərmantəpə və Alxantəpə qədim yaşayış məskənlərindən aşkar olunan keramika məmulatlarıdır.

   Mark İserlisin sözlərinə görə, elmdə artıq Leylatəpə və Maykop arxeoloji mədəniyyətlərinin (Şimali Qafqaz, eramızdan əvvəl IV minilliyin əvvəlləri) genetik əlaqələri barədə fikir yer alıb. Onun tədqiqatlarının əsas məqsədlərindən biri hər iki arxeoloji mədəniyyətlərin keramik məmulatlarının kimyəvi, mineralojitexnoloji analizi əsasında həm genetik bağlılığın, həm də yerli fərqlərin müəyyən edilməsidir. Həmçinin tədqiqatçının cəlb olunduğu elmi layihə göstərilən qədim yaşayış məskənlərindən tapılan üzvi qalıqlar əsasında radiokarbon analizləri və eksperimental tədqiqatları ehtiva edir.

   Qədim keramika üzrə dünyanın aparıcı mütəxəssislərindən biri hesab edilən doktor Mark İserlis Azərbaycan, İsrail, Türkiyə, Rusiya, Moldova, Gürcüstan və digər ölkələrdə arxeoloji tədqiqatlarda iştirak edib. O, xüsusi elmi layihə çərçivəsində Azərbaycanda Mentəştəpə, İsmayılbəytəpə və Kamiltəpə Neolit dövrü keramikası üzərində araşdırmalar aparıb.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.15.