Bakıda Moldova ədəbiyyatı
günləri
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə 1-3 mart tarixində Bakıda “Moldova ədəbiyyatı günləri” keçiriləcək. Tədbirə Moldovanın tanınmış mədəniyyət və ədəbiyyat xadimləri dəvət olunub.
Mərkəzin
nəşri olan “Dünya
ədəbiyyatı” jurnalının Moldova
ədəbiyyatına həsr olunmuş xüsusi sayı, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən
məktub” şeir toplusu,
İqor Volnitskinin ”Mənə
ölməyi öyrət” kitabının müzakirə və
təqdimatları, Moldova poeziya
gecəsi planlaşdırılır. Həmçinin Kişineuda Azərbaycan ədəbiyyatı ilə
bağlı çap edilən kitablar təqdim olunacaq.
Mədəniyyət.- 2018.- 28
fevral.- S.2.