III Buktreyler
festivalında iştirak
şərtləri
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü əsasında
keçirilən Buktreyler
festivalının məqsədi
kitab və mütaliənin cəmiyyətimizdə
təbliği, mütaliəyə
münasibətin yaradıcı
formalarının inkişafı
və dəstəklənməsi,
kino sahəsində istedadlı və yaradıcı gənclərin
(rejissor, operator, rəssam,
aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin
incəsənət və
biznesdə bir istiqamət kimi inkişafıdır.
Festivalda iştirak şərtləri
aşağıdakılardır:
* festivalda
yaşından asılı
olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
* festivalda
çap şəklində
nəşrdən çıxmış
(nəşr ilindən
asılı olmayaraq) azərbaycanlı müəllifin
kitabından və ya kitab seriyasından
bəhs edən buktreylerlər iştirak edir;
* festivala
bir iştirakçı
tərəfindən təqdim
olunan buktreylerlərin
sayına məhdudiyyət
qoyulmur;
* təqdim
edilmiş buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının
pozulmamasına iştirakçı
zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına
görə məsuliyyəti
iştirakçı daşıyır;
* buktreylerlərdə
qanunvericiliyə zidd olan - siyasi, dini, irqi və
milli ayrı-seçkiliyi
təbliğ edən,
senzuradankənar ifadələri
əks etdirən məzmun qadağandır;
* buktreylerlər
münsiflər tərəfindən
təhlil edilmir və geri qaytarılmır;
* buktreylerlər
müəllifdən icazə
alınmadan və buna görə heç bir ödəniş edilmədən
festivalın təbliği
məqsədilə istifadə
edilə, festivalın
rəsmi saytında və internet resurslarda yerləşdirilə bilər.
Buktreylerlər
aşağıdakı tələblərə
cavab verməlidir:
* xronometrajı:
3 dəqiqəyədək;
* formatı:
mpeg4, mpeg, mpg, avi, wmv;
* minimal ölçüsü: 1080p Full HD (1920x1080);
* media forması: oyun (aktyorların iştirakı
ilə), qeyri-oyun (aktyorların iştirakı
olmadan), animasiya (çizgi filmi);
* əvvəldə
festivalın və dəstəkçilərin loqoları
yerləşdirilməlidir;
* sonda
buktreylerin aid olduğu
kitabın fotosu və festivalın saytının ünvanı
yerləşdirilməlidir;
* festivalın
təşkilinə aidiyyəti
olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və
sponsorlar barədə
məlumat əks etdirilməməlidir.
İştirak şərtlərinə uyğun gəlməyən
və tələblərə
cavab verməyən buktreylerlər festivala buraxılmır.
Son müraciət
tarixi: 8 aprel 2018-ci il
Daha ətraflı
məlumatı festivalın www.booktrailer.az saytında, həmçinin
www.facebook.com/BooktrailerFest facebook səhifəsində əldə etmək
olar.
Mədəniyyət.- 2018.- 28
fevral.- S.10.